
VEB-SAYTLARIN İSTİFADƏ EDİLMƏSİ QAYDASI İDS BORJOMİ
Choose chapter
I. ÜMUMİ MÜDDƏALAR
Qaydalar İDS BORJOMİ qrupuna daxil olan şirkətlər tərəfindən paylanılan veb-saytlardan istifadə zamanı tətbiq olunan qaydaları, o cümlədən istifadəçilərin şəxsi məlumatlarının emalı qaydaları haqqında məlumatları ehtiva edir.
Qaydalar İDS BORJOMİ ilə istifadəçilər arasında İDS BORJOMİ tərəfindən məhsulların tədarükü və/və ya xidmətlərin göstərilməsi şərtləri (məlumat İDS BORJOMİ-nin veb-saytlarında təqdim edilir) və proseduru İDS BORJOMİ aksiyalarının və digər marketinq tədbirlərinin keçirilməsi qaydası (məlumat bilavasitə belə tədbir haqqında məlumat yerləşdirilərkən təqdim edilir) ilə bağlı münasibətləri tənzimləmir.
Qaydalar İDS BORJOMİ və İstifadəçilər üçün məcburidir. İDS BORJOMİ istənilən vaxt qaydalara qismən və ya tamamilə dəyişiklik etmək hüququnu özündə saxlayır. Qaydalar, onların yeni redaksiyası və müvafiq dəyişikliklər İDS BORJOMİ veb-saytlarında elan edildiyi andan qüvvəyə minir.
İstifadəçilər veb-saytlara daxil olmaqla qüvvədə olan qaydalara əməl etməyə razılaşırlar. İstifadəçilər qaydaların hər hansı müddəasına əməl etməkdən imtina etdikdə, İDS BORJOMİ onların gələcəkdə veb-saytlardan istifadə etməsinə icazə vermir.
Veb-saytlar və bütün əlaqəli materiallar üzrə hüquqlar İDS BORJOMİ-yə məxsusdur.
Veb-saytlarda istifadəçilərə rəy və şərh bildirməyə imkan verən funksiya mövcud deyil. İstifadəçilər İDS BORJOMİ ilə kommunikasiya üçün əks əlaqə funksiyalarından istifadə edə bilərlər.
Veb-saytlardan, eləcə də veb-saytlar vasitəsilə təqdim olunan xidmətlərdən yalnız 16 yaşdan yuxarı şəxslər istifadə edə bilər.
II. TERMİNLƏR VƏ ANLAYIŞLAR
İDS BORJOMİ – İDS BORJOMİ International qrupuna daxil olan bütün şirkətlər.
Veb saytlar - İDS BORJOMİ şirkətləri tərəfindən paylanılan veb-saytlar
Xidmət(lər) – İDS BORJOMİ tərəfindən istifadəçilərin xeyrinə ödənişsiz və ya ödənişli əsaslarla təqdim edilən və veb-saytlarda sifariş üçün təklif olunan istənilən xidmət və bütün əlaqəli funksiyalar.
İstifadəçi – Xidmət sifariş edərək və ya xidmət sifariş etmədən veb-saytlara daxil olan, nəzərdən keçirən və ya ziyarət edən istifadə edən hər hansı fiziki və ya hüquqi şəxs.
Veb-saytların istifadəsi – veb-saytın materialları ilə hər hansı tanışlıq, yükləmə və ya hər hansı başqa şəkildə istifadə, İDS BORJOMİ tərəfindən istifadəçilərə təklif olunan və təqdim edilən xidmətlərdən istifadə.
Şəxsi məlumatlar – veb-saytın vasitəsilə toplanan, istifadəçiləri birbaşa və ya dolayısı ilə müəyyən edə bilən məlumat və ya məlumatlar toplusu.
Qaydalar – veb-saytların istifadəsini tənzimləyən istifadə şərtləri.
Materiallar – veb-saytlarda yerləşdirilən bütün statik və dinamik elementlər, xüsusən: bütün məlumat və mətnlər, şəkillər, audio və video fayllar, verilənlər bazası, ticarət nişanları və loqolar, veb-saytların texniki və qrafik həlləri.
“Cookies” faylları - veb-saytlardan istifadəçilərin elektron cihazlarına göndərilən və veb brauzerlərdə saxlanılan sadə mətn fayllarıdır.
Bu cür fayllar istifadəçiləri müəyyən etmir, lakin veb-saytlardan istifadə edərkən onların hərəkətləri haqqında məlumatı fiksasiya edir. Bu cür məlumatlar veb-saytların işini yaxşılaşdırmaq və müvafiq parametrləri konfiqurasiya etmək üçün toplanır: istifadəçi istəklərinin izlənilməsi, formaların avtomatik doldurulması, sosial şəbəkələrdə məlumatların paylanması, xidmətlərin istifadəçilərin müəyyən edilmiş istəkləri üzrə uyğunlaşdırılması, veb-saytların istifadəsi haqqında ümumi statistik məlumatların toplanması.
III. VEB SAYTLARIN/MOBİL TƏTBİQ İSTİFADƏÇİLƏRİNİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
İstifadəçilər veb-saytlardan yalnız aşağıdakı məqsədlər üçün istifadə etmək hüququna malikdirlər:
- İDS BORJOMİ-nin məhsul və xidmətləri ilə bağlı təqdim olunmuş materiallarla tanışlıq;
- veb-saytın funksionallığı imkan verdiyi qədər, İDS BORJOMİ xidmətlərini sifariş etmək;
- İDS BORJOMİ tərəfindən göstərilən xidmətlərin müəyyən aspektlərinin idarə edilməsi;
- Veb-saytlarda əks əlaqə forması vasitəsilə mesaj şəklində yönləndirilən sorğu, irad, şikayət və təkliflər irəli sürərək İDS BORJOMİ ilə əlaqə saxlamaq, həmçinin İDS BORJOMİ-dən cavab almaq;
- birbaşa veb-saytlarda göstərilən digər məqsədlər üçün.
Veb-saytların hər hansı başqa məqsədlə istifadəsi qanunsuz hesab edilir.
İstifadəçilərin öhdəlikləri aşağıdakı kimidir:
- Veb-saytlardan istifadə edərkən qaydaların və qüvvədə olan qanunvericiliyin cari müddəalarına əməl etmək;
- Veb-saytlardan yalnız yuxarıda göstərilən məqsədlər üçün istifadə etmək;
- kommersiya/qeyri-kommersiya məqsədləri ilə veb-saytlarda yerləşdirilən materialları heç bir halda İDS BORJOMİ-nin icazəsi olmadan istifadə etməmək, veb-saytların dekompilyasiyasını yerinə yetirməmək, tərsinə mühəndislik proseslərinə yol verməmək, veb-saytların mənbə kodunu təhlil etməmək və ya müdaxilə etməyə çalışmamaq;
- veb-saytları hər hansı zorakı, təhqiredici, alçaldıcı və ya hər hansı digər şəkildə İDS Borjomi və ya üçüncü şəxslərin şərəf, ləyaqətinə və işgüzar nüfuzuna xələl gətirən mesajların, habelə kommersiya xarakterli istənməyən mesajların (“spam”) yönləndirilməsi məqsədilə istifadə etməmək;
- Veb-saytların işinə müdaxilə etmək və ya müdaxilə etməyə cəhd etmək üçün proqram təminatından istifadə etməmək.
IV. ƏKS ƏLAQƏ
İstifadəçilər İDS BORJOMİ ilə aşağıdakı formada əlaqə saxlaya bilərlər:
- Veb-saytlarda əks əlaqə forması vasitəsilə mesaj (sorğu və ya şikayət) göndərməklə;
- Veb-saytlarda yerləşdirilən telefon nömrələrinə zəng etməklə.
İDS BORJOMİ-yə müraciət etmək və əks-əlaqə almaq üçün istifadəçilər aşağıdakı şəxsi məlumatları təqdim edirlər: soyad, ad, ata adı; elektron poçt ünvanı; telefon nömrəsi; şəhər və yaşayış ölkəsi.
İstifadəçilər veb-saytlarda əks-əlaqə formaları vasitəsilə aşağıdakı məlumatları göndərməməyi öhdələrinə götürürlər:
- İDS BORJOMİ-nin və ya üçüncü şəxslərin şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirən hər hansı zorakı, təhqiredici, alçaldıcı və ya digər xarakterli mesajlar;
- kommersiya xarakterli istənməyən mesajlar (“spam”).
İstifadəçilər tərəfindən yuxarıda göstərilən xarakterli mesajlar göndərildikdə, İDS BORJOMİ bu cür mesajlara cavab verməmək, həmçinin belə mesajları göndərən istifadəçiləri gələcəkdə əks-əlaqə funksiyasından istifadə etməkdən məhrum etmək hüququna malikdir.
Əks əlaqə formaları
Veb-saytlarda istifadəçilərin İDS BORJOMİ ilə əlaqə saxlaya biləcəyi əks əlaqə formaları yerləşdirilib
İstifadəçilər ağlabatan müddət ərzində, lakin mesajın göndərildiyi tarixdən 30 gündən gec olmayaraq veb-saytlarda əks əlaqə formaları vasitəsilə göndərilən mesaja cavab olaraq tam və əhatəli məlumat almaq hüququna malikdirlər.
İstifadəçilər sorğulara cavab olaraq ağlabatan müddət ərzində, lakin qaynar xətt vasitəsilə İDS BORJOMİ ilə əlaqə saxladıqları tarixdən 30 gündən gec olmayaraq tam və əhatəli məlumat almaq hüququna malikdirlər.
V. FƏRDİ MƏLUMATLAR
Fərdi məlumatların işlənilməsi şərtləri ilə aşağıdakı linkdə tanış ola bilərsiniz: http://borjomi.com/az/privacy
Fərdi məlumatların işlənilməsi şərtləri həmçinin bildiriş və göndərişlərin idarə olunması, cookie fayllarından istifadə siyasəti və digər yanaşı məsələlərlə əlaqəli olan məsələləri əhatə edir və hazırkı İstifadə Şərtlərinin ayrılmaz hissəsidir.
Fərdi məlumatların toplanılması və işlənilməsi ilə əlaqəli bütün məsələlərlə bağlı İDS Borjomi-nin məlumatların mühafizəsinə görə məsul şəxsləri ilə privacy@borjomi.com ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz.
VI. ƏQLİ MÜLKİYYƏT
Veb-saytların materialları, eləcə də bütövlükdə veb-saytlara dair əqli mülkiyyət hüquqları tam olaraq İDS BORJOMİ-yə məxsusdur (və ya belə materiallardan istifadə hüququ əvvəllər müvafiq qaydada üçüncü tərəflər tərəfindən İDS BORJOMİ-yə verilmişdir).
İDS BORJOMİ istifadəçilər tərəfindən materialların hər hansı şəkildə tamamilə və ya qismən kommersiya və ya qeyri-kommersiya məqsədli istifadə edilməsini qadağan edir (o cümlədən: reproduksiya, təqdimat, adaptasiya, modifikasiya, açıqlama, ötürmə, təhrif, başqa veb sayta inteqrasiya və s.). Materiallardan istifadə etmək zərurəti yaranarsa, istifadəçilər veb-saytlar yerləşdirilən əks əlaqə forması vasitəsilə müvafiq sorğu yönləndirməklə İDS BORJOMİ ilə əlaqə saxlaya bilərlər.
Yuxarıda göstərilənlərə baxmayaraq, Materiallardan şəxsi (qeyri-kommersiya) məqsədlərlə istifadə olunmasına Gürcüstanın qanunvericiliyinin müəllifin əmlak hüquqlarının məhdudlaşdırılması ilə bağlı məcburi şərtlərində nəzərdə tutulan həcmdə və formada yol verilir.
İstifadəçilər və ya hər hansı üçüncü şəxslər tərəfindən vebsayt materialları üzrə əqli mülkiyyət hüquqlarının pozulması halında, İDS BORJOMİ pozulmuş hüquqların müdafiəsi üçün bütün mövcud tədbirləri görmək, o cümlədən hüquqların məhkəmə qaydasında müdafiəsi üçün müraciət etmək hüququna malikdir.
VII. MƏSULİYYƏT
İstifadəçilər tərəfindən qaydaların hər hansı müddəasına əməl edilməməsi pozuntu hesab edilir və qaydalarla və qaydaların tənzimlənməsi üzrə tətbiq edilən qanunla müəyyən edilmiş həddə məsuliyyətə səbəb olur.
Veb-saytlar üçüncü tərəflərin veb resurslarına hiperlinklər ehtiva edir. İDS BORJOMİ bu cür veb-resurslarda yerləşdirilən məzmuna, habelə istifadəçilərin bu cür resurslardan istifadə etməsi nəticəsində şəxsi məlumatlarının toplanması və emalına görə məsuliyyət daşımır.
İDS BORJOMİ istifadəçilərin veb-saytlara təhlükəsiz, fasiləsiz və düzgün çıxışını təmin etmək üçün hər cür səy göstərir. İDS BORJOMİ eyni zamanda, veb-saytların işindəki nasazlıqlara, bu cür veb-saytların bütün növ cihazlarla uyğunsuzluğuna, habelə istifadəçilərin internetə qoşula bilməməsi nəticəsində veb-saytlara giriş əldə edə bilməməsinə görə məsuliyyət daşımır. İDS BORJOMİ istifadəçilərin veb-saytlara girişini tam və ya qismən məhdudlaşdırmaq hüququnu özündə saxlayır.
İDS BORJOMİ istifadəçilərin veb-saytların istifadəsi nəticəsində yaranan hər hansı itkilərinə görə məsuliyyət daşımır. İDS BORJOMİ həmçinin istifadəçilərin veb-saytlar istifadə edilməsi ilə həyata keçirdiyi hər hansı hərəkətlərinə görə üçüncü tərəflər qarşısında məsuliyyət daşımır.
İDS Borjomi tərəfindən Qastro Gid (bələdçi) bölməsində yerləşdirilən materiallar elmi və ya tibbi tövsiyə deyil və yalnız məlumat xarakteri daşıyır. Yerləşdirilən materiallar yalnız istehlakçıların ümumi təəssüratlarını və göstərilən məhsullarla əlaqəli subyektiv qavrayışı əks etdirə bilər. Belə materiallar nutrisiologiya sahəsində tədqiqatlara, tibbi və ya elmi tədqiqatlara əsaslanan bəyanatlar deyildir.
Dad xüsusiyyətlərinin fərdi qavrayışı sağlamlıq vəziyyəti, qida vərdişləri və fərdi hissiyyat kimi şəxsi amillərdən asılı olaraq dəyişə bilər. Materiallarda qidalanma və ya rasionla əlaqəli tövsiyələr olduqda, onlar istifadəçi tərəfindən peşəkar tibbi konsultasiyaya bərabər tutulmamalı və ya onun əvəzi kimi qəbul edilməməlidir. İstifadəçinin rasionuna və sağlamlıq vəziyyətinə aid olan istənilən qərarlar onun tərəfindən şəxsən və müvafiq mütəxəssisin tövsiyələri əsasında verilməlidir.
İDS Borjomi istifadəçinin sağlamlıq vəziyyəti nəzərə alınaraq Qastro Gid bölməsində yerləşdirilən materialların istifadəsi ilə əlaqəli istənilən risklərə görə məsuliyyət daşımır.
Saytda yerləşdirilən resept və təlimatlar yalnız məlumat xarakteri daşıyır. İDS Borjomi-nin ləzzətli və əlçatan kulinariya fikirlərini paylaşmaq istəyinə baxmayaraq, istənilən resept tamamilə istifadəçinin mülahizəsinə görə və onun məsuliyyəti altında istifadə olunur. Təqdim olunan reseptlərin dəqiqliyini və aktuallığını təmin etməyə çalışmağımıza baxmayaraq, İDS Borjomi materialların istifadəçinin fərdi tələbatlarına, dadlarda verdiyi üstünlüklərə, mətbəx avadanlığına və ya bacarıqlara uyğunluğuna görə məsuliyyət daşımır.
Yerləşdirilən reseptlərin tərkibində allergenlər, süd məhsulları, qlüten və digər qıcıqlandırıcı maddələr ola bilər. İstifadəçi reseptin onun və ya üçüncü şəxslərin sağlamlıq vəziyyətinə uyğunluğunun müəyyən edilməsinə görə şəxsən məsuliyyət daşıyır. İDS Borjomi yeməyin hazırlanması zamanı müvafiq təhlükəsizlik qaydalarına əməl etməyi tövsiyə edir.
İDS Borjomi yerləşdirilən reseptlərə, təlimat və ya tövsiyələrə əməl edilməsinin istifadəçi üçün arzuolunan nəticəyə gətirib çıxaracağına zəmanət vermir.
VIII. YEKUN MÜDDƏALAR
Qaydalar veb-saytlarda elan edildiyi andan qüvvəyə minir.
İDS BORJOMİ ilə istifadəçilər arasında veb-saytların istifadəsi ilə bağlı yaranan hər hansı məsələlərin həlli tərəflər arasında danışıqlar yolu ilə və istifadəçilərin İDS BORJOMİ-yə müvafiq sorğu ilə müraciəti əsasında, həmçinin tətbiq olunacaq mövcud qanunvericiliyə uyğun olaraq həyata keçirilir.
Veb-saytların istifadə edilməsi üzrə yaranan istənilən suallarla bağlı istifadəçilər veb-saytlarda yerləşdirilən müvafiq əks əlaqə formaları vasitəsilə İDS BORJOMİnin dəstək xidmətinə müraciət edə bilərlər.
Hazırkı istifadə şərtləri və veb-saytlardan istifadə ilə əlaqəli istənilən mübahisələr Gürcüstanın qanunvericiliyi ilə tənzimlənir və beynəlxalq xüsusi hüquq normaları tətbiq olunmur.
Veb-saytlardan istifadə ilə əlaqəli yaranan istənilən məsələlərə görə İstifadəçilər Veb-saytlarda müvafiq əks əlaqə formaları vasitəsilə İDS Borjomi-nin dəstək xidmətinə müraciət edə bilərlər.