
HAQQIMIZDA
"IDS Borjomi Georgia" şirkəti həm istehsal olunan mineral suyun həcminə, həm də istehsalda tətbiq edilən texnoloji yeniliklərə görə Gürcüstanın mineral su bazarında liderdir. Şirkətin məhsulları bazarda aşağıdakı mineral su markaları adı ilə mövcuddur: "Borjomi", "Likan" və "Bakuriani. Bu gün dünyaca məşhur “Borjomi” brendi təbii və sağlam su istehsalı üzrə ixtisaslaşan “IDS Borjomi Georgia” şirkəti tərəfindən dünyanın 40-dan çox ölkəsinə ixrac edilir.
Bundan əlavə, "IDS Borjomi Georgia" qlobal miqyasda ən böyük təbii mineral su istehsalçısı olan "IDS Borjomi International" beynəlxalq şirkətinin bir hissəsidir. İstehsal həcminə görə o, MDB və Baltikyanı regionda qablaşdırılmış təbii mineral su seqmenti üzrə bazarda liderliyini qoruyub saxlayır.





