Borjomi = Gürcüstan
Yəqin ki, siz də tez-tez Gürcüstanın nə qədər kiçik olduğunu, lakin buna baxmayaraq müxtəlifliklərlə zəngin olduğunu düşünmüsünüz. O qədər guşələr var ki, onların hər biri öz təbiəti, iqlimi, xarakteri, tarixi, qoxuları və emosiyaları ilə fərqlidir. Ən böyük kontrastlar burada birləşir: dağlar və dəniz, müasirlik və qədimlik, sərt və yumşaq.
Gəlin hər guşəni gəzək:
Kaxeti - çoxlu fəlakətlərlə üzləşmiş, döyüşkən və şən. Tarixə nəzər saldıqda, Kaxetinin həmişə düşmənləri dəf etdiyini və ölkənin müstəqilliyinin keşiyində dayandığını görürük. Bəlkə də Kaxeti süfrə ənənələri bununla bağlıdır. Döyüşlərdə yorulanlar əylənmək və qələbəni bayram etmək istəyirdilər.
Gürcü şərabı dedikdə ilk olaraq Kaxeti bölgəsi yada düşür. Qvevri şərabının hazırlanmasının qədim gürcü ənənəvi üsulu Kaxetidə yaranıb və YUNESKO-nun qeyri-maddi mədəni irsi statusunu alıb. Bu, dünyanın ən qədim şərabçılıq texnologiyalarından biridir.
Kaxetinin mərkəzi - Telavi hələ də keçmiş krallığın - ortabablığın, sülhün və gözəlliyin təsiri altındadır. Bura Kaxeti krallığının taxt şəhəri və Gürcüstanın müstəqilliyinin simvolu olan II İraklinin iqamətgahı idi.
Tuşeti Gürcüstanın ən əlçatmaz və toxunulmaz, müqəddəs yeridir. Tuşetiyə gedən yol, ekstremal və valehedici peyzajları, mənzərəli dağları və tarlaları ilə özlüyündə bir macəradır. Bu yolda dəniz səviyyəsindən 2345 metr hündürlükdə yerləşən Avropanın ən hündür kəndinə də rast gələcəksiniz.
Təsəvvür edin, bütün gün yorğun və adrenalinlə dolu səyahətdən sonra günün sonunda özünüzü sivilizasiyadan təcrid olunmuş və sakit bir vadidə tapacaqsınız. Bu heyrətamiz dağların fonunda siz ləzzətli tuşuri Kotoridən həzz ala və günəş çıxmazdan əvvəl sıldırım qayalardan yığılmış ətirli çayın dadına baxa bilərsiniz. Yəqin ki, alpinistlər Everest baza düşərgəsinə qayıdarkən belə hiss edirlər.
Kartli qədim tarix və arxeoloji abidələrin saxlanc yeridir. Qoridən cəmi 10 km aralıda yerləşən Şida Kartlidə sizi heyrətamiz mənzərə gözləyir.
Qədim, qayaların üzərində qurulmuş, gözdən uzaq, təyinətı hələ də tədqiqatçılar arasında mübahisə mövzusu olan mistik şəhər. Bir versiyaya görə, Uplissixe kahinlər və onların xidmətçilərinin şəhəri idi. Şəhərin hər yerində bir çox bütpərəst məbədləri, ritual zalları və gizli tunellərə rast gələ bilərsiniz.
Uplissixe haqqında çoxlu əfsanələr var. Bir versiyaya görə, bu, hətta müxtəlif ölçüləri bir-biri ilə birləşdirən bir növ portal idi.
Belə bir rəvayət də var ki, Uplissixeni kölələr tikiblər, beləki onlar külüngünün bir ucunda qızıl olan alətlə işləyirdilər, alət köhnəldikdən sonra köləyə azadlıq verilirdi, qızıl isə onda qalırdı. Bunun nə qədər zəhmət tələb etdiyini təsəvvür edə bilirsiniz?
Kvemo Kartlinin arxeoloji abidələri sizi heç də az təəccübləndirməyəcək. Burada 1991-ci ildə “ilk avropalılar, Zezva və Mziya”nın kəşf edildiyi Dmanisi şəhəri yerləşir! Onlar 1,8 milyon il əvvəl bu ərazidə yaşayıblar. Burada həmçinin onların iş alətləri və vəhşi heyvanları tapılıb. Dmanisi xalqı Afrikadan kənarda yaşayan ən qədim hominidlərdir.
Samtsxe-Cavaxeti toxunulmamış meşələrin və təbii su hovuzlarının simvoludur.
Bizim sevimli Borjomi də bu bölgəyə aiddir. Avropanın ən böyük milli parklarından biri olan Borjomi-Xaraqauli milli parkı Samtsxe-Cavaxetidə yerləşir. Burada Gürcüstanın flora və faunanın Qırmızı Kitabına daxil edilmiş onlarla ən nadir nümunələri ilə tanış ola bilərsiniz.
Borjomi kükürd hovuzları və mineral su yataqları ilə zəngindir. “Borjominin təmiz, canlandırıcı suyu səyahətinə 8000 metr dərinlikdən başlayır və səthə çıxmazdan əvvəl 60-dan çox unikal mineralla zənginləşir.
İmereti istedad və qonaqpərvərlik simvoludur!
İmeretinin mərkəzində, Kutaisidə YUNESKO-nun Ümumdünya irs siyahısına daxil edilmiş Gelati Monastırı yerləşir.
Kutaisi bir çox istedadlı gürcülərin vətənidir. Onların arasında Akaki Tsereteli, Paolo İaşvili, Niko Nikoladze, Zakariya Paliaşvili və başqaları var.
Gürcü süfrə ənənələrinin, qonaqpərvərliyinin və bayramlarının simvollarından biri də İmeruli xaçapuridir.
Quriya - heyranedici, sevimli və səs-küylü. Quriya gürcü folklorunun nadir nümunələri, o cümlədən misilsiz “Krimançuli” – axıcı, incə və polifonik musiqisi ilə seçilir. Deyirlər ki, quriyalılar həmişə işi və kədəri yüngülləşdirməyə çalışırlar. Ona görə də krimançuli, kanuri və ya naduri oxuyurlar.
Quriyalılar təkcə oxumaları ilə deyil, həm də sürətli, şən tempi, eləcə də yumor hissi ilə məşhurdurlar. Quriyaya səyahət edərkən təkcə təbiətə deyil, həm də xalqın şifahi nitqinə heyran qalacaqsınız.
Sameqrelo misilsiz gözəl və valehedici yerdir. Sameqrelonun təbiəti Gürcüstanın ən görkəmli təbiətlərindən biridir. Tobavarçxili, Martvili və Balda kanyonlarının əzəmətli gölləri, Kolxeti Milli Parkı, Paliastomi gölü və başqaları burada yerləşir.
Yeri gəlmişkən, bir çox səyyah təkcə Sameqrelonun təbiətinin deyil, Meqrel qadınlarının gözəlliyindən də bəhs edib. Aleksandr Dumanın sözlərinə görə, " sarı saçlı qara gözlü və qara saçlı mavi gözlü meqrel qadınları, yer üzünün ən gözəl varlıqlardır."
Sameqrelonun mətbəxi şəksiz liderlərdən biridir: meqrel sulqunisi, elarci, gebjaliya, xarço, meqrel ədviyyatları - əsl dad ziyafəti yaradır!
Acariya - Gürcüstanın iki ölçüsü. Populyar sualı bilirsinizmi? Nəyə üstünlük verirsiniz: dağlar, yoxsa dəniz? Hər ikisi gözəldir və hər ikisinə Acariya da rast gələ bilərsiniz.
Batumi, Qonio, Tsihisdziri, Kvariati - gözəl çimərliklər və heyrətamiz dağlıq Acariya - Xulo, Keda, Beşum və ya Qomarduli... Acariyanın ən yüksək nöqtəsi dəniz səviyyəsindən 3007 metr yüksəklikdə yerləşir. Eyni dağ silsiləsində hətta xizək kurortunun tikildiyi unudulmaz Goderdzi aşırımı yerləşir.
Acariyanın inanılmaz yaşıllıqlarından da bəhs edək: Kintrişi, İspani, Maçaxela dərəsi, Mtirala milli parkı və Batumi botanika bağı! Acariyada dörd qorunan ərazi mövcuddur.
Svaneti - sarsılmaz, güclü ölkənin xəzinəsidir. Svanetiyə gələrkən, ətrafı əhatə edən nəhəng və sərt dağlar və qüllələr sizi heyran edir, sanki qarşınızda tamamilə fərqli bir dünya açılır. Hər cür təbii fəlakətlərə və düşmən hücumlarına tab gətirmiş Svan qüllələri Svanın unikal simvoludur. İlk baxışdan tutqun və düz, onlar hər kəsə açıq və nəcibdirlər.
Məlumatlara görə, düşmənlərin Gürcüstanın müxtəlif bölgələrinə basqınları zamanı Svanetinin müqəddəs yerlərində və qüllələrində müxtəlif əlyazmalar, ikonalar və qiymətli əşyalar gizlədilib. Məhz belə, onlar gürcü mədəniyyətinin xəzinəsinə çevriliblər. Svanlar bu funksiyanı açıq-aydın yerinə yetirdilər, ikonu oğurlayanı icmadan kənarlaşdırdılar və onu Allahın cəzası gözləyirdi.
Həqiqətən də Gürcüstanın bütün görməli yerlərini bir bloqa sığdırmaq mümkün deyil. Bu, ölkəmizin unikal xüsusiyyətlərinin kiçik bir siyahısıdır. Biz fəxr edirik ki, Borjomi Gürcüstanı beynəlxalq arenada və bütün dünyada təmsil edir. Bu, hətta Gürcüstanın simvoludur.