Həyat verən su

Həyat verən su

04 dekabr, 2023

Yeni il "ququ quşu" - nağıl aləminə portal

Bütün dünya dəmir yolları ilə əlaqələndiyi zaman Gürcüstan da istisna deyildi. XIX əsrdə ölkəmizdə dəmir yolu işində yüksəliş başladı. Təəccüblü deyil ki, ən çətin relyefli marşrut əsrin əvvəllərində açılıb. 1902-ci ildə İngiltərədən gətirilən xüsusi parovoz Borjomidən Bakurianiyə yola düşdü. Onun səsi bütün Borjomi vadisini titrətdi. Beləki, bu səs ququ quşunun səsinə bənzəyirdi və buna görə də onu "ququ quşu" adlandırırdılar.

Borjomi Bakuriani arasında belə əlaqə yaranırdı. O vaxtdan bəri "ququ quşu" macəranın başlanğıcının simvoluna çevrildi. Bu kiçik qatarda səyahət insanda təəssürat yaratmaya bilməzdi. Bu qatarla səyahət edən hər kəsi yəqin ki, müəyyən emosiyalar birləşdirir.

Şam ağacları arasında gizlənən sehrli cığır nağılvari macəranın mükəmməl proloqudur. İki saatlıq yol sizi unudulmaz hekayənin başlanğıcına hazırlayır. Bu sizi gözlənilməzlik aləminə qərq edir.

Yeni il şənliyindən gələn dostların “Borjomi” içdikdən dərhal sonra sehrli macəraya düşməsindən bəhs edən “ Borjomi” videoçarxı məhz bu ilhamla yaradılıb.

Planladığınız hər şey geridə qaldıqda, planlaşdırılmamış bir şey etməyin vaxtıdır! Möcüzələr belədir, onları əvvəlcədən planlaşdırmaq olmaz, sadəcə onları qəbul etməyə hazır olmaq lazımdır.

Qəhrəmanların qəfil peyda olan “Ququ quşu” ilə səyahətə çıxması ilə hekayə bitir. Bu, sanki bizə göstərir ki, əsas olan təyinat nöqtəsi deyil, səyahətin özü, macəradır.

Əgər özünüzü daim səyahət etməyə məcbur edə bilirsinizsə, deməli, hər şey yenidir, deməli, hər şey möcüzədir: yaş küçədə əks olunan gecə işıqları, dostun gülüşü, Yeni il enerjisi ilə əhatə olunmuş hava... Beləki, anı yaşamaq və ondan zövq almaq lazımdır.

Sizi anı yaşamağa dəvət edirik, bütün əbədiyyət bu anda kilidlidir.

Böyük bir həyat axını burada və indi axıb gedir. Nağıl meşəsində gizlənmiş "ququ quşu" kimi axan, bu həyati əhəmiyyətli bayramda iştirak etmək istəyirsinizsə, sadəcə güvənmək və irəli getmək lazımdır. Özünüzü həyat verən enerji ilə doldurun və həyat mənbəyinə çevrilin.

Kim bilir? Başqalarının həyatına bir möcüzə kimi daxil ola və onları sehrli bir səyahətə çıxara bilərsiniz.

Share on social media