
Limonad Borjomi: Dörd dad, dörd ayrı simfoniya
Dadın, tarixin və təbiətin qovuşduğu Borjomi dünyasında tamamilə yeni və görkəmli məhsul – “Borjomi” limonadı yaradıldı! Bu məhsulun yaradılma ideyası əsasını istehlakçıya əsl emosional macəra təklif etmək təşkil edir. Bu, sadəcə limonad deyil; təyinatı sehrlidir - adi olanı qeyri-adi hala çevirmək və gündəlik həyatı təntənəli anlarla doldurmaq.

Özünəməxsus dadı və xüsusiyyətləri ilə bu şirin, qazlı içki sizi Gürcüstanın zəngin irsi və təbiət möcüzələri arasında səyahətə dəvət edir. Borjomi limonadının dörd fərqli dadı var: acariya mandarini, armud, tərxun və sitrus. Hər bir ləzzət gürcü simvollarının unikal birləşməsini təmsil edir. Onların hər birinə ayrıca baxaq:
Tərxun gürcü mətbəxinin ayrılmaz hissəsidir. Onun ədviyyatlı dadı bir çox yeməklərdə, içkilərdə və folklor nümunələrində mövcuddur. Tərxun dadlı “Borjomi” limonadı - həyat verən su, şirə və gürcü kulinariya ənənəsinin mühüm elementi olan təbii tərxun ekstraktının qarışığıdır.

Bu dad həm nostaljikdir, həm də enerji verir.
Armud Gürcüstanın gur bağlarının və mənzərəli kəndlərinin simvoludur.

Armud dadlı “Borjomi” limonadı mineral suyun təravətləndirici dadının armudun şirinliyi ilə birləşdiyi şirin simfoniyadır. Bu parlaq birləşmə heyrətamiz harmoniya yaradır və gürcü təbiətinin zənginliyi ilə assosasiya olunan dad bəxş edir.
Gürcü süfrəsini tərxun və armud dadlı limonadsız təsəvvür etmək mümkün deyil. Bu klassik dadlarla yanaşı, Borjomi yeni məhsulu - acariya mandarini və sitrus limonadını təklif edir.
Acariya mandarinləri - günəşin bir bankada cəmlənmiş istiliyi və enerjisidir.

Bu dad sizi günəş enerjisi ilə dolduraraq Acariyanın günəşli yamaclarına aparacaq.
Sitrus meyvəli limonadlar təravət və həyatı simvollaşdırır. Hər damla bir səyahət və macəradır. Bu gümrahlaşdırıcı və canlı dad axtaranlar üçün ideal seçimdir.

“Borjomi” limonadı adi olanı qeyri-adiyə çevirir. Təntənəli anlar yaradaraq zövq və xoşbəxtlik bəxş edir,.
Limonadın qablaşdırılması Gürcüstanın tarixindən, gürcü memarlığına xas olan peyzajlardan, ornamentlərdən, Borjomi vadisindən, mineral sudan və brendin simvolu olan maral əfsanəsindən ilhamlanıb.
Alüminium qutunun üzərində ingilis hərfləri ilə gürcücə “LİMONATİ” sözü yazılmışdır ki, bu da bu sözün beynəlxalq aləmdə populyarlaşmasını təmin edir. Bütün bu emosional detallar “Borjomi limonadları dünyası”nın simvolik obrazını yaradır, burada hər qablaşdırma unudulmaz anlar və dadlar dünyasına portaldır.