Qastro mədəniyyət

Qastro mədəniyyət

08 noyabr, 2023

Gürcü süfrələrinin əfsanəsi

Gürcüstan - kiçik, lakin unikal ölkə. Ölkəmiz biomüxtəlifliyi - dağ və meşələrin, flora və faunanın zənginliyi, mineral və termal suları və ya palçıq yataqları ilə seçilir.

Gürcüstan mülayim iqliminə və müxtəlif iqlim növlərinə görə fərqlənir, Qara dəniz subtropik, quru kontinental, alp.

Ümumiyyətlə, gürcü torpağı çox münbitdir. Ölkəmiz mövsüm meyvə və tərəvəzləri, faydalı və ləzzətli süd məhsulları və heyranedici ədviyyat çeşidi ilə zəngindir. Bu heyrətamiz inqrediyentlərin birləşməsi ləzzətlərin heyrətamiz simfoniyasını yaradır. Fərqli inqridiyentləri və ləzzətləri birləşdirərək hər şey necə başladı?

Çox vaxt insanlar bizim asanlıqla əldə etdiyimiz hər şeyi düşünmədən və minnətdarlıq hissi olmadan qəbul edirlər. Müasir dünyada isə istədiyinizi çox asan və hətta daha tez əldə etmək mümkündür. Məsələn, siz sadəcə olaraq supermarketə daxil ola müxtəlif ərzaq məhsullarını ala və ya restorana baş çəkib dadlı yeməklər yeyə bilərsiniz. Əgər getməkdə çətinlik çəkirsinizsə, bu da problem deyil, bir düymə ilə sifariş verə bilərsiniz və evinizə dadlı yeməklər gətiriləcək.

Əvvəllər insanlar çiy qida qəbul edirdilər. Onlar yığıcılıq və ovçuluqla məşğul olurdular. Müəyyən mərhələ də, bəlkə də təsadüfən, insanlar odda bişirilən yeməyin daha dadlı və təhlükəsiz olduğunu kəşf etdi. Zaman keçdikcə onlar, öz əlləri ilə müxtəlif məhsullar yetişdirməyə başladılar, köçəri həyatdan imtina etdilər və əkinçiliklə məşğul olmağa başladılar, eyni zamanda yemək bişirməyi də mənimsədilər. Yavaş-yavaş insanlar yeməklərə müxtəlif dadlar qata biləcəklərini, anladılar, müxtəlif yeməklər kəşf etdilər və nəhayət, hətta onları estetik şəkildə təqdim etməyi öyrəndilər.

Təsəvvür edin, bütün bunların arxasında nə qədər təcrübə və innovasiya dayanır! Məhsulun kəşfi, dequstasiya, əhliləşdirmə, becərmə, qovurma, bişirmə, fermentasiya, ədviyyatlı və şirin dadların qarışdırılması, yeməklərin bəzədilməsi... Kulinariya - həm sənətdir, həm də elmdir.

İndi gürcü rəqsi və mahnısı kimi ölkəmizin kimliyinin ayrılmaz hissəsinə çevrilən bir çox şey gözəgörünməz əməyinin nəticəsidir. Bu, həm də zəngin tarixi irsimizin əksidir. Gürcüstan coğrafi baxımdan tarixi yolların kəsişməsində yerləşir. Buradan müxtəlif dövrlərdə mühüm ticarət yolları, o cümlədən Avropa ilə Asiyanı birləşdirən “İpək Yolu” keçmişdir.

Bəlkə də, gürcü ədviyyatlarının zənginliyini, bişirmə texnikası və inqrediyentlərinin müxtəlifliyini Asiya, Orta Asiya və Avropa təsirləri ilə izah etmək olar.

Gürcü süfrəsinin təkcə yemək və içkidən ibarət olmadığı dilimizdə də aydın görünür. “Dostluq” sözünü eyni qabdan yemək yeməklə əlaqələndirən xalq qidalanmaya münasibəti ilə bağlı hər şeyi ifadə etmişdir.

Bəslənmə bir növ ritualdır, ömrü uzatmaq və paylaşmaq üçün müqəddəs bir prosesdir. Əgər müqəddəslikdən danışırıqsa, gürcü süfrəsinin əsasını təşkil edən çörəyi mütləq qeyd etməliyik. Bir tikə çörəyi bölüb başqaları ilə bölüşmək dərin əlaqəni simvolizə edir.

Ölkənin hər guşəsinin özünəməxsus çörəyi var idi, qədimlər demişkən, bir kənddə çörək bişirilirdisə, qoxusu başqa kəndə yayılardı. Ziyafətlər belə keçirdi. Çörəkdən gürcü mətbəxinin əsas gözəlliyi olan xaçapuriyə keçid edək. Bu, bir növ bayram və şənliyin simvoludur. Demək olar ki, hər yerdə ən ləzzətli xaçapurilər hazırlanır: imerul, acar, meqrul, osetin, tuşuri Kotori və s. Xaçapuri hətta qeyri-maddi mədəni irs statusuna malikdir.


Sadəcə iki inqrediyentdən ibarət sadə görünən bu yeməyin necə dadlı ola biləcəyi haqda yəqin ki düşünmüsünüz?

Daha bir gizli inqridiyent də var - müəllifin ruhu və qəlbi! Onsuz xaçapuri hazırlamaq mümkün deyil! Xəmir yoğurarkən hansı mahnını oxumağınızdan çox şey asılıdır.

Puri sözünə Hindistanda da rast gəlinsə də, yenə də xaçapuri daha çox Avropa görünüşünə malikdir. Onu hətta gürcü pizzası da adlandırırlar. Bu sırada Asiya aksenti ilə Xinkalinin də adını çəkmək olar. Onun uzaq qohumlarına Tibetdə, Çində, Nepalda və ya Monqolustanda rast gəlinir, lakin heç biri xinkali qədər məşhur deyil. Bu, sadəcə bir yemək deyil, xüsusi və unikal bir daddır – xinkalinin dadına mütləq baxmalısınız. Xinkali yemək bir təcrübədir. Burada qanunlar var ki, biz onları məmnuniyyətlə ölkəmizin bütün qonaqlarına öyrədirik. Əgər ona əlinizlə toxunsanız, zərifliyini aydın edəcəksiniz. Budur xinkalı: arada heç nə olmamalıdır, yalnız siz və xinkali.

Son zamanlar vegetarian mətbəxinə tələbatın artması ilə bütün dünyadakı veqanlar gündəlik rasionlarını zənginləşdirəcək dadlı yeməklər axtarışındadırlar. Əlbəttə ki, pxali çeşidlərimiz (qoz və ədviyyatlı müxtəlif tərəvəz pastaları) də diqqət mərkəzindədir. İspanaq, çuğundur, kələm, badımcan, yerkökü, lobya, qıvrım şeytanqanqalı, kəvər - bütün bunlar çərəz və ədviyyatlarla birlikdə əsl ləzzət partlayışı yaradır! Dadlı və faydalı. Bu, həqiqətən də müasir dünyanın çağırışlarına cavab verir.

Gürcü yeməklərini sadalamaq asan iş deyil, bütün bölgələri gəzmək lazımdır: svansayağı kubdari, raçinsayağı lobiani, meqrelsayağı xarço və elarci, quriansayağı piroq. Təəccüblü deyil ki, gürcü yeməkləri hər kəsin qəlbinə yol tapır. Gürcüstan qurmanlar üçün əsl cənnətdir. Ölkəmizin qonaqlarından Gürcüstanda ən çox nəyi bəyəndikləri soruşulduqda ilk olaraq yeməklərimizin və şərablarımızın adı çəkilir.

Gürcü mətbəxi dünya mətbəxinin gizli xəzinəsi hesab edilir, son illərdə bu mətbəx getdikcə beynəlxalq arenaya daxil olur və layiq olduğu dəyəri qazanır. Bunu sübut olaraq deyə bilərik ki, xaçapuri bir çox nəşrlərə görə 100 ən yaxşı yeməklər sırasına daxil olub və Gürcüstan isə həmişə lider mövqe tutur. Gürcü mətbəxinin sirri yəqin ondadır ki, biz aqrar ölkə olduğumuz üçün yemək bişirmək mətbəxdə deyil, torpaqda başlayır. Elə isə alın təri, zəhmət, sevgiylə ərsəyə gələn yeməklərə necə heyran olmamaq, onlarla qürur duymamaq olar?!

Biz mədəni irsimizin dəyərini anlayırıq. Məhz buna görə də kulinariya ənənələri nəsildən-nəslə ötürülür, bəzi reseptlər isə əsrlər boyu dəyişməz olaraq bizə gəlib çatmışdır. Bununla belə, gürcü mətbəxi hələ də müasir və aktualdır. Bir sıra aparıcı yerli restoranlar ənənəvi gürcü yeməklərinin müasir variantlarını təklif edirlər. Bu o deməkdir ki, gürcü mətbəxi daim inkişafda olan canlı orqanizmdir, ənənələr isə gələcəyə doğru addımlamağımıza kömək edən qüvvədir və bu heyrətamiz macərada Borjomi həmişə gürcü süfrələrinin layiqli nümayəndəsi olacaq.

Share on social media