“Canlı su, gürcü əfsanəsi” Borjomi mineral suyu yeni qlobal kampaniyaya başlayır.
Gürcüstanın “Borjomi” mineral suyu yeni kommunikasiya kampaniyasına başlayır. Brend dünyanı bulağın kəşfi əfsanəsi, gürcü mədəniyyəti və suyun unikal müalicəvi xüsusiyyətləri ilə tanış edəcək. Auditoriya kampaniyanın əsas mesajı olan “Canlı su, gürcü əfsanəsi” şüarı ilə Gürcüstanın sehrli dünyasında zamanda səyahət edəcəklər.
Bu mesaj eyni anda üç epoxanı təmsil edir: mifik, “Borjomi”nin kəşfi haqqında əfsanədən bəhs edilməsi; 1890-cı illər, onun qablaşdırılması prosesinin başlaması; və bu gün. Hər üç dövr bizə “Borjomi”nin həyatverici gücündən və milli irsin ayrılmaz hissəsi olan ilk gürcü mineral suyunun uzun tarixindən xəbər verəcəkdir.
Video rolik "Borjomi" adlı yuvenil suyu kəşf edən ovçu haqqında əfsanədən bəhs edəcək. O, suyun yaralı maralı necə sağaltdığını gördü və bu hekayəni nəsildən-nəslə ötürdü. Əfsanəni dünya kino ulduzu Vinsent Peresə gürcü aktrisası Tina Dalakişvili danışır. İsveçrə əsilli fransız aktyor əsas qürurumuz olan “Borjomi”ni dünyaya tanıtmaq üçün brendin yeni kommunikasiya kampaniyasına qoşuldu.
Aktyor, Vincent Perez:
“Mən çoxdan Gürcüstana səfər etməyi arzulayırdım. Burada güclü bir autentiklik var. İnsanları isə istiqanlı, qonaqpərvər və səxavətlidir. Gürcü xalqını, ölkəsini, incəsənətini, mənzərələrini tanıdığım üçün xoşbəxtəm. Mən “Borjomi” mineral suyun yeni reklam kampaniyası üçün gəlmişəm
Əvvəllər reklamlarda çəkilməmişəm. Beləliklə, bu, maraqlı təcrübə və Gürcüstan və gürcü xalqı ilə əlaqələr qurmağa başlamaq üçün əla fürsət idi. Təbiətin hədiyyəsi olan suyun bir ölkənin tarixini necə izlədiyini görmək çox valehedicidir. Ümid edirəm ki, insanlar da mənim kimi reklamı bəyənəcəklər”.“Canlı su, gürcü əfsanəsi” Borjomi mineral suyu yeni qlobal kampaniyaya başlayır.
Vaxtanq Antadze, Borjomi-nin qlobal brend direktoru:
“Gürcüstan, Avropa və Mərkəzi Asiya “Borjomi”nin əsas strateji bazarları olaraq qalır. Buna görə də brendə öz mövqeyini gücləndirəcək və eyni zamanda yeni bazarlara çıxmağa imkan verəcək yeni kommunikasiya kampaniyası lazım idi. Gürcülər kimliyimizin vurğulanmasını sevir və bununla fəxr edirlər. “Borjomi” həyat verən su və ümumiyyətlə, əfsanə kimi ölkəmizin beynəlxalq arenada təmsil olunmasında çox vaxt mühüm rol oynayır. Əminəm ki, Vinsent Peres və digər məşhur insanlarla əməkdaşlıq Borjomi və bütün Gürcüstan üçün vacibdir. Biz mədəniyyətimizi bütün dünyaya belə təqdim edirik”.
David İaşvili, “Borjomi”-nin qlobal kommunikasiyalar və məzmun üzrə meneceri:
“Biz göstərmək istəyirdik ki, “Borjomi” bütün tarixi boyu bizə cavanlaşdırıcı enerji verib. Hər bir gürcü öz tarixini “Borjomi”nin unikal dadını və cavanlaşdırıcı gücünü dünya ilə bölüşərək təmsil edən bu məhsulla fəxr edir. Yeni kampaniyada biz haqlı olaraq brendi ölkəmizin kimliyinin və mədəniyyətinin tərkib hissəsi kimi təqdim etmişik”. Reklam kampaniyası Gürcüstanın Leavingstone kreativ agentliyi tərəfindən hazırlanıb.
Levan Lepsveridze, Leavingstone reklam agentliyinin həmtəsisçisi və kreativ direktoru:
“Bizim üçün Borjomi simvolik brenddir, çünki bir neçə il əvvəl Leavingstone ilk mükafatını “Borjomi” ilə brifinqlə qazanmışdı. Bundan əlavə, bu, əsrlər boyu ölkənin vizit kartı statusunu qoruyan yeganə gürcü brendidir. Ona görə də kampaniyada bunu mümkün qədər autentik, gürcü üslubunda göstərməyə çalışdıq”.
Reklam çarxında məşhur “Tsintskaro”nun modernləşdirilmiş variantı fonunda Gürcüstanın “Suxişvili” milli baletinin rəqqasları milli xoreoqrafiya irsinin bir neçə əsərini ifa edirlər. Onlar “Borjomi”nin reklamı üçün xüsusi olaraq yaradılıb və “Samaya”, “Oxotniki” və digər rəqslərdən ilhamlanıb. Müşayiət edən musiqini Gürcüstanın Postred studiyası yazıb.
Çəkilişlər Svaneti, Kazbeqi, Kaxeti, Mtsxeta, Tbilisi və təbii ki, Borjomi dərəsində aparılıb. Gürcüstan mineral suyunun tarixi əhəmiyyətini və ölkəmizin irsini daha yaxşı çatdırmaq üçün reklam təkcə Gürcüstanda deyil, Avropa və Mərkəzi Asiyada da yayımlanacaq.
borjomi.com veb-saytı xüsusi olaraq yeni kommunikasiya kampaniyası üçün yaradılmışdır. Bu unikal suyun həyat verici gücünü bütün dünya ilə bölüşərək “Borjomi” epoxasını, uzun tarixini araşdırın.