Xəbərlər

Xəbərlər

01 dekabr, 2021

Borjomi öz əfsanəvi maralı ilə yeni il kampaniyasında canlandırır

Noyabr, 2021

Borjomi ilə özünüzü canlandırın

Yeni il bayramları əyləncəli, ictimai tədbirlər və isti ailə şənlikləri, adət-ənənələrin canlandığı bir vaxt.

Yeni il ərəfəsində Gürcüstan dağlarındakı bulaqlardan çıxarılan əfsanəvi mineral su Borjomi brendi “Borjomi ilə özünüzü canlandırın” şüarı ilə yeni reklam kampaniyasına start verir.

Həyatverici xüsusiyyətləri ilə tanınan, Gürcüstan dağlarının qoynundan çıxan əfsanəvi Borjomi suyu, xüsusən də  bayramlar zamanı gücünü bərpa etmək, təbii daddan həzz almaq və yaxşı formada olmaq istəyənlər üçün ideal yoldaşdır.

Kampaniya Gürcüstanda çəkilib və brendin çoxsaylı əlaqə nöqtələrində gözlənilməz və unikal anlar yaratmaq kimi yaradıcı strategiyasını davam etdirir.

Gürcü həyat tərzinə müasir baxış təklif edən və məşhur maralı canlandıran yeni il reklam kampaniyası Gürcüstanın təbiətini, irsini və gürcü yaradıcılığının yeni dalğasını qiymətləndirir.

Əfsanəvi qəhrəmanın qayıdışı

Qədim bir əfsanədə deyildiyi kimi, Borjomi bulağı insanlar üçün onu təqib edən ovçulardan qaçan bir gənc maral tərəfindən kəşf edilmişdir. Məhz o, uzun illər “Borjomi” brendinin tarixinin mühüm hissəsi olmaqla kampaniyanın əsas simvoluna çevrildi.

Nağıl qəhrəmanını müasir dünyaya gətirmək üçün kult maral obrazı yeniləndi və məhdud seriyalı qablaşdırma, yeni il videoları və reklam aktivasiyalarının dizaynına daxil edildi. Kampaniyanın məqsədi Borjomi maralını yeni ildə canlandırma simvoluna çevirməkdir.

Məhdud buraxılışın dizaynı

Kampaniya məhdud sayda Borjomi-nin təqdimatına start verir. Onun dizaynı bayram əhval-ruhiyyəsinə, markanın imza rənglərinə vurğu edir: Gergian Green və tünd mavi.Yeni dizaynda məhdud buraxılış dekabrın 1-də  satışa çıxarılacaq.

Gürcüstanın bütün ulduzları

“Borjomi ilə özünü canlandır” kampaniyasının siması məşhur gürcü top-model Lika Riqvavadır. Brendin reklamının çəkilişlərində fashion-influenser Mariam Sanoqo və məşhur teleaparıcılar Salome Qviniaşvili və Baxva Breqvadze də iştirak ediblər. Kampaniya üçün musiqi Gürcüstanın ən məşhur musiqi prodüserlərindən biri Aleksandr Kordzaya (Kordz) tərəfindən yazılmışdır: onun “Untitled Fantasy” hitinin remiksi xüsusi olaraq yeni il videosu üçün hazırlanmışdır.

Share on social media