Qastro mədəniyyət

Qastro mədəniyyət

15 avqust, 2023

Qışa hazırlıq üçün məhsullar

Soyuq havaların ardından dərimiz xarici qulluğa olduğu kimi, daxili qulluğa xüsusi ehtiyac duyur, dərimizin sağlamlığı və gəncliyi üçün lazım olan vitamin və mineralları qidadan almaq vacibdir;

Bu beş məhsul yay günəşinin qızmar şüalarından sonra dərimizin vəziyyətini yaxşılaşdırmağa kömək edir, həm də bizi qışın soyuq günlərinə yaxşı hazırlayır.

Almalar güclü iltihabəleyhinə agentdir, köhnə ingilis deyimi ilə desək - gündə 1 alma yeyin və həkimə getməyə ehtiyacınız qalmasın – heç də şişirtmirik.

Almalar liflə zəngindir, ona görə də sağlam həzm sisteminin əsasını təşkil edən qiymətli lifləri itirməmək üçün almanı şirə formasında içməkdənsə, yemək vacibdir. Alma qabığında ultrabənövşəyi şüaların insan dərisinə vurduğu zərəri neytrallaşdıran piqment var və onun tərkibindəki qidalar melaninin əmələ gəlməsində iştirak edir - melanin isə dərimizi günəş şüalarından qoruyur.

Gündə 1 alma yemək, tərkibindəki immun stimullaşdırıcı C vitamini sayəsində qışdan əvvəl, virus mövsümündə çox vacib əhəmiyyətə malikdir.

Zəncəfildən kulinariya və dərman məqsədləri üçün istifadə tarixi çox əsr əvvəllərə gedib çıxır.

Zəncəfil güclü iltihabəleyhinə xüsusiyyətlərə malikdir, buna görə də limon və bal ilə birlikdə soyuqdəymə üçün bir vasitədir. Eyni zamanda dərinin vəziyyətini yaxşılaşdırmaq və bir sıra xəstəliklərin qarşısını almaq üçün lazım olan antioksidantlarla zəngindir.

Zəncəfil qan dövranını və hüceyrələrin əvəzetmə prosesini sürətləndirir, qida maddələrini bütün bədənə paylayır və sağlam və baxımlı dəri üçün ilkin şərt olan toksinlərin xaric edilməsinə kömək edir.

Keyl - “superfood” və ən sağlam tərəvəz hesab olunur. K vitamini ilə zəngin olan bu kələm növü bir çox faydalı proseslərdə iştirak edir, iltihabəleyhinə xüsusiyyətlərə malikdir və həmçinin dərinin qocalma prosesini ləngidən ultrabənövşəyi şüaların təsirindən dərimizi təbii şəkildə qoruyan karotenoidləri ehtiva edir.

Qoz omeqa-3 ilə zəngin qidalandırıcı məhsuldur, gündə 1 ovuc qoz yemək dərimizi hamar saxlamağa kömək edir, orqanizmdə qida maddələrinin bərabər paylanması üçün ilkin şərt olan qan dövranını yaxşılaşdırır, dərini ultrabənövşəyi şüalardan qoruyur və zədələnmiş dərini sağaldır. 

Bildiyiniz kimi portağal və limon C vitamini mənbəyidir ki, bu da immunitet sistemini gücləndirməklə yanaşı, kollagenin əmələ gəlməsində iştirak edir, dərimizin elastikliyi isə kollagendən asılıdır. 1 stəkan sitrus meyvəsi şirəsi gündəlik C vitamini dozasını ehtiva edir.

Share on social media