Qastro mədəniyyət

Qastro mədəniyyət

15 avqust, 2023

Narıncı payız

Hər mövsümün öz rəngi var, payızın rəngi isə şübhəsiz narıncıdır. Səbəblərdən biri, ehtimal ki, narıncı rəngli qidaların üstünlük təşkil etməsidir ki, bu da payızı daha da rəngli edir.

Narıncı tərəvəzlər, ilk növbədə, bədənimizdə A vitamininə çevrilən və sağlam dərini, yaxşı görmə qabiliyyətini, reproduktiv sağlamlığı və immunitet sistemini qorumağa kömək edən artıq beta-karotin deməkdir.

Balqabaq tərkibində vitaminlər, minerallar və antioksidantların çox olmasına baxmayaraq kifayət qədər aşağı kalorili məhsuldur. Mövsümi infeksiyalarla mübarizə aparmaq üçün balqabaq və onun yüksək beta-karotin konsentrasiyası kömək edir.

Həmçinin ürək sağlamlığı üçün xüsusi nutrientlər ehtiva edir. Balqabaq müxtəlif şirin və duzlu yeməklər hazırlamaq üçün istifadə edilə bilər.

Batat - cəmi 100 kaloriyə malik orta ölçülü tərəvəzdir və gündəlik beta-karotin ehtiyacını ödəyir. C vitamini, maqnezium və s. kimi vacib vitamin və minerallarla təmin edir.

Yerkökünün super gücü - sağlam görmə təmin edir. Gözləri günəşdən qoruyur və katarakt kimi xəstəliklərin riskini azaldır.

Yerkökü həmçinin sümükləri gücləndirməyə kömək edən kalsium və K vitamini ilə zəngindir. Tərkibində yüksək miqdarda antioksidant olduğu üçün xərçəng riskini azaldır.

Sitrus meyvələri – bir stəkan təzə sıxılmış portağal suyu gündəlik C vitamini tələbatınızı ödəyir və xüsusilə də hamilələr üçün vacib olan fol turşusu ehtiva edir.

Demək olar ki, bütün mağazalarda xaricdən gətirilən sitrus meyvələrinin satılmasına baxmayaraq, ölkəmizdə portağal mövsümi olaraq payızın sonunda yetişməyə başlayır.

Payızda şaftalılar daha da şirəli və dadlı olur və onlar heyrətamiz aromaya malik olmaqla yanaşı həm də A, E və K vitaminləri ilə zəngindirlər. İmmun sistemini və görmə qabiliyyətini yaxşılaşdırır;

Korolyok faydalı xüsusiyyətlərə malik olduğuna görə onu ilahi meyvə adlandırırlar – yüksək miqdarda görmə üçün vacib olan A vitamini, həzm sisteminin yaxşı işləməsini təmin edən liflə zəngindir, yüksək tərkibli kalium və elektrolitlərlə təmin edir və enerji verir.

Daha yaxşı mənimsənilməsi üçün soyuq sıxılmış yağlar, müxtəlif çərəz və avokado yağı kimi sağlam yağlar qəbul etməlisiniz.
Mövsümi qidalar haqqında məlumat almaq üçün Qastro Qida arxivinə baxın.

Share on social media