Dünya üzrə Milad yeməkləri və desertlər
Fransada bayram süfrəsini həmişə fua-qra və hamanski bəzəyir, yeməklər və desertlər şabalıd ətri ilə zəngin olur, əsas desert isə şokoladlı qanaş və göbələk formasında merenqa ilə bəzədilmiş Milad ruletidir.
Milad ruleti ənənəvi olaraq ağ biskvit tortu və şokolad kreminin birləşməsidir, baxmayaraq ki, əlbəttə ki, müasir mətbəxdə bunun çoxlu versiyaları var.
Bu şirniyyat Şimali Avropa ölkələrinin orta əsr ənənələri ilə əlaqəlidir. Miladdan əvvəl ailənin atası uşaqları ilə birlikdə Milad bayramı üçün yandırılan ən böyük kötüyü axtarmaq üçün meşəyə gedir. Kötük ən azı üç gün yanmalı idi ki, bu da gələn ildə ailənin rifahının xəbərçisi hesab edilirdi. Fransada kötüyə şərab tökürdülər, bu da kamindən heyrətamiz bir ətir yayılmasına səbəb olurdu, zəngin məhsul yığımı üçün kül torpağa basdırılırdı və növbəti Miladda kötüyü yandırmaq üçün bir qədər saxlanılırdı. Böyük kaminlər artıq keçmişdə qaldığından, meşədə tapılan böyük bir kötüyü Milad masasının mərkəzində kiçik bir şirniyyat əvəz etdi.
Almaniyada Milad süfrəsinin əsas təamı qırmızı kələm, spetzle və s. kimi yerli qarnirlərlə bəzədilmiş qaz ətidir. Desert kimi isə ballı peçenyelər, “speculatsius” və stollen təqdim edilir.
Milad bayramında hazırlanan stollenin tarixi 700 il əvvələ gedib çıxır. Bu, istisnasız olaraq bütün alman ailələrində bayram süfrələrində təqdim edilən, tərkibində çoxlu sukatlar, çərəz və ədviyyatlar olan maya ilə hazırlanmış şirin çörəkdir. Stollen Miladdan 2-3 həftə əvvəl bişirilir, sonra qablaşdırılır və ən yaxşı tekstura və dad əldə olunması üçün bayrama qədər saxlanılır.
İsveçdə, digər Skandinaviya ölkələri kimi, Milad süfrəsi isveç masası yəni, bufet tipli masa üslubunda bəzədilir. Ənənəvi yeməklər sırasına duzlu siyənək, quru qızılbalıq, çörək, çuğundur salatı, kələm, pendir çeşidləri daxildir.
Desert olaraq - zəfəran ilə, sarı bulkalarla və düyü pudinqi ilə bəzədilmiş şəkildə təqdim edilir. Kimə pudinqdəki badam düşsə, o, növbəti Miladdan əvvəl evlənəcək.
Polşada Milad süfrəsində ət yeməklərinə rast gəlinmir, yalnız balıq və tərəvəz yeməkləri təqdim olunur: 12 həvarinin şərəfinə 12 ənənəvi yemək; Ənənəvi borş, sazan, siyənək, göbələk şorbası, bişmiş duzlu kələm, kələmli roqaliklər, xaşxaşlı peçenyelər, zəncəfilli peçenyelər və quru meyvələr.
Yapon Milad bayramının ayrılmaz hissəsini fast food təşkil edir, dünyanın qalan hissəsi Milad bayramında ənənəvi ev yeməklərinə üstünlük versə də, Yaponiyada milad yeməklərinin əsasını KFC restoranlarından sifariş edilmiş qızardılmış toyuq budları təşkil edir. Bu ənənə 1974-cü ildən başlayır və uğurlu marketinq kampaniyasının nəticəsidir. Yaponlar bayramda növbələrdə gözləmək üçün, yeməkləri iki ay əvvəlcəndən sifariş verirlər.
Milad bayramı üçün pizza sifarişi də məşhurdur. Son bir neçə ildə pizza istehsalçıları bu istiqamətdə möhkəmlənməyə çalışırlar, çünki toyuq yeməklərinə tələbat yüksəkdir, pizza isə dostlar və ya ailə ilə görüşlərdə sifariş edilir, həmçinin pizza da yaponların Milad yeməyinə çevrilib.
Desert kimi üçün onlar Milad bəzəkləri ilə bəzədilmiş ağ qaymaqlı və çiyələkli tortlar yeyirlər.