
100% TƏBİİ Gürcü limonadı Borjomi-dən. İndi premium şüşə qablaşdırmada.
IDS Borjomi Gürcüstan şirkəti şirin qazlı içkilər kateqoriyasını inkişaf etdirməyə davam edir və istehlakçılara 100% TƏBİİ Gürcü limonadı Borjomi-dən təklif edir, indi premium şüşə qablaşdırmada. Bu yeni məhsulla brend yeni mərhələyə qədəm qoyur və qastronomik istiqamətlə əlaqəsini daha da gücləndirir. "Limonati by Borjomi" 2024-cü ildə təqdim edildi və tez bir zamanda həm Gürcüstanda, həm də ixrac bazarlarında istehlakçıların sevgisini qazandı. 135 illik tarixə malik “Borjomi” brendi üçün alüminium qablaşdırmada təqdim olunan limonadlar seriyasının istehsal olunması dünyanın 15-dən çox ölkəsində uğurla öz yerini tutan ilk mühüm innovativ addım oldu.
IDS Borjomi Gürcüstan şirkətinin baş direktoru: İvane Maçavariani,
“Xüsusən də belə rəqabət mühitində şirin qazlı içkilər bazarına, daxil olmaq bizim üçün maraqlı çağırış idi və biz bunu uğurla qəbul etdik. Bu gün məqsədimiz bu unikal məhsulu yeni səviyyəyə yüksəltmək və onu yeni zirvələrə qaldırmaqdır və premium şüşə qablaşdırma bu işdə mühüm rol oynayır. Unikal təbii tərkibi həqiqətən bu məhsulu fərqləndirir və biz xüsusilə şadıq ki, «Limonati by Borjomi» həm Gürcüstan, həm də ixrac bazarlarında eyni dərəcədə uğurlu təqdim olunub və bu da brendin inkişafında daha bir mühüm addımdır”.
«Limonati by Borjomi» 100% təbii inqrediyentlərdən - Borjomi mineral suyu və təbii gürcü meyvə şirəsindən hazırlanır. Məhsul süni əlavələr və konservantlar ehtiva etmir. «Limonati by Borjomi» dörd dadda mövcuddur: armud, acar mandarini, tərxun və sitrus.
Qablaşdırmanın dizaynı İtaliya brendinq agentliyi tərəfindən hazırlanıb. Şüşə qablaşdırmanın üzərindəki etiket vizual olaraq şüşənin qablaşdırmasını təkrarlayır və gürcü memarlığına xas ornamentlə yanaşı, Borjomi dərəsinin oval təsvirini, mineral suyu və brendin simvolu olan maralları özündə birləşdirir.
«Limonati by Borjomi» 2 saylı Borjomi qablaşdırma zavodunda istehsal olunur və Gürcüstan bazarında, eləcə də Avropa və Mərkəzi Asiya ölkələrində təqdim olunacaq.