Xəbərlər

Xəbərlər

01 oktyabr, 2024

“Borjomi” mineral suyu sizi qastronomik bir macəraya dəvət edir.

Gürcüstanın “Borjomi” mineral suyu yeni kommunikasiya kampaniyasına start verir və bizi qastronomik bir macəraya dəvət edir.

“Aç, həzz al, yüngüllüyü hiss et.” – bu, Borjomi brendinin yeni mesajıdır, əsas kommunikasiya xəttini inkişaf etdirir və artıq 135 ildir davam edən ənənəni xatırladır.

Yeni kampaniya göstərir ki, gürcü mineral suyu hər hansı bir kulinariya təcrübəsinin ayrılmaz hissəsidir, Borjomi ilə isə istənilən yemək daha yüngül və daha zövqlü olur.

İllər boyu gürcü mineral suyu Borjomi həmişə gürcü süfrəsinin və bayramlarının ayrılmaz hissəsi olub.
Bu gün Borjomi – tarixilə fəxr edən və ona həmişə sadiq qalan bir brenddir. Yeni mövqeləndirmə də brendin irsindən və suyun unikal tərkibindən ilhamlanıb.

Borjominin yeni kommunikasiya kampaniyası üzərində Gürcüstanın "Leavingstone" kreativ agentliyi çalışıb. Yeni reklam çarxı vasitəsilə brend təkcə Gürcüstanda deyil, beynəlxalq bazarlarda da təqdim olunacaq.

Share on social media